“SOCAR-AQŞ” MMC də kadr dəyişikliyi edilib. Bizim.Media xəbər verir ki, MMC-nin direktoru Ramin İsayev vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Samir Mollayevə həvalə olunub.
Qeyd edək ki, “SOCAR-AQŞ” 2005-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Onun nizamnamə kapitalı 381 min manatdır. Şirkətin təsisçiləri 13,4% payla Dövlət Neft Şirkəti (SOCAR), 73,8% payla “Nobel Oil LTD” şirkətinin Azərbaycandakı filialı və 12,8% payla “Abşeron Qazma” MMC-dir.
Bizim.Media