\

\"Naxçıvanbank\"dan Türkiyəyə dəstək

Hazırda oxunan: \"Naxçıvanbank\"dan Türkiyəyə dəstək

120767

“Naxçıvanbank” ASC qardaş Türkiyə Respublikasında baş verən zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə AFAD fonduna 50 000 AZN ianə edib.

Bizim.Media xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, hadisənin ilk günündən bankın əməkdaşları tərəfindən fərdi şəkildə zərərçəkənlər üçün ianə köçürmələri və yardımlar həyata keçirilib.

Əlavə olaraq “Naxçıvanbank”ın kollektivi adından növbəti dəfə 500-dən çox ailənin ehtiyacını qarşılayacaq yardım qutuları hazırlanaraq Türkiyəyə yola salınıb.
Həmçinin, "Naxçıvanbank" müştərilər tərəfindən Türkiyəyə edilən ianə köçürmələri üzrə komissiyanı da ləğv edib.

Bank üzərindən hər kəs Türkiyəyə ianə köçürmələrini ƏDV-siz, komissiyasız və sürətli şəkildə həyata keçirə bilər.

"”Naxçıvanbank” hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir, faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyir",- məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO