Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 1,8 milyard manat ARTDI

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 1,8 milyard manat ARTDI

Hazırda oxunan: Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 1,8 milyard manat ARTDI

119612

Ötən il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda konfransda deyib.

O, bildirib ki, bura bütün fiskal yığımlar aiddir:

"Bu məbləğ büdcənin ümumi fiskal yığımlarından 78,9 %-i həcmində olub. Ötən il vergi daxilolmaları 15,5 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2 % çoxdur.

Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8,1 milyard manat təşkil edib. 2022-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2017-ci illə müqayisədə 1,8 milyard manat çox olub. 2021-ci illə müqayisədə isə 22,9 % artıq icra olunub".
O.Nəzərli bildirib ki, ötən il qeyri-neft-qaz sektorunda ÜDM-in nominal artım tempi 21,6 %, vergi daxilolmalarının nominal artım tempi isə 27,9 % təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO