Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün depozit və əmlak üzrə TƏLƏBLƏR SƏRTLƏŞDİ

Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün depozit və əmlak üzrə TƏLƏBLƏR SƏRTLƏŞDİ

Hazırda oxunan: Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün depozit və əmlak üzrə TƏLƏBLƏR SƏRTLƏŞDİ

119160

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.

Bizim.Media xəbər verir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsində əksini tapıb.

Belə ki, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər 2 dəfə artırılır.

Daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir.

Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.
Qeyd edək ki, həmin məbləğlər müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO