Maliyyə Nazirliyinin 400 mln. manatlıq iki istiqraz emissiyası qeydiyyata alınıb

Maliyyə Nazirliyinin 400 mln. manatlıq iki istiqraz emissiyası qeydiyyata alınıb

Hazırda oxunan: Maliyyə Nazirliyinin 400 mln. manatlıq iki istiqraz emissiyası qeydiyyata alınıb

118221
xa0Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 1,5 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 49S nömrəsi ilə dövlət qeydiyyatına alınıb. "Report" bu barədə Komitəyə istinadən xəbər verir.
Həmçinin, Komitə tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2,5 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 50S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Nəticədə bu iki emissiyanın həcmi müvafiq olaraq 150 mln. manat və 250 mln. manat təşkil edib.
Qeyd edək ki, dünən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S nömrəsi ilə və hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 2 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Nəticədə, bu iki emissiyanın həcmi müvafiq olaraq 300 mln. dollar və 200 mln. dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO