İstehlak kreditinə dair yeni sistem tətbiq ediləcək

İstehlak kreditinə dair yeni sistem tətbiq ediləcək

Hazırda oxunan: İstehlak kreditinə dair yeni sistem tətbiq ediləcək

117887

İstehlak krediti üzrə istehlakçının ilkin məlumatlandırılması sistemi tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ilkin məlumatlandırmada istehlak krediti ilə bağlı yarana biləcək bütün zəruri məqamlar barədə istehlakçı məlumatlandırılmalıdır.

Bu məlumatlar Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumatlandırma formasında əks etdirilməlidir. Borcverən tərəfindən verilən məlumatlar aydın və başadüşülən şəkildə ifadə edilməlidir.

İstehlak krediti müqaviləsinə dair tələblər də müəyyən edilir. Müqavilə yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilə bilər. İstehlak krediti müqaviləsinin məzmunu ilə bağlı tələblər ilkin məlumatlandırmada nəzərdə tutulan hallara uyğun olmaqla müqavilə üzrə bütün zəruri şərtləri ehtiva etməlidir.
İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi də faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi yolverilməzdir.

Bank hesabının kreditləşdirilməsi hallarında borcverən istehlakçını vaxtaşırı olaraq kağız və ya digər davamlı daşıyıcıda hesabdan çıxarış vasitəsilə müvafiq qaydada məlumatlandırmalıdır:

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO