Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Hazırda oxunan: Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək

117736

Fevralın 23-24-də Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək. 

Bu barədə Bizim.Media-ya AZPROMO-dan bildirilib. 

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərədə tutulur.
Forum çərçivəsində Özbəskitan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq. 

Azərbaycan sahibkarları Özbəkistan-Azərbaycan Regionlararası Forumuna dəvət olunurlar. Forumda iştirak etmək istəyən sahibkarlar qeyd olunmuş link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: //forms.office.com/r/687cFpxMrQ 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO