AMB “Nağd pul ofisi”nin iş günlərinin sayını artırdı

AMB “Nağd pul ofisi”nin iş günlərinin sayını artırdı

Hazırda oxunan: AMB “Nağd pul ofisi”nin iş günlərinin sayını artırdı

117675

Sabahdan Azərbaycan Mətkəzi Bankının (AMB) Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı əhaliyə xidmət üzrə “Nağd pul ofisi” həftənin çərşənbə axşamı və cümə axşamı günləri ilə yanaşı, çərşənbə günləri də, saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərəcək.

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, əhalidə olan tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə təşkil olunan xidmət kassasının fəaliyyət günlərinin sayı artırılıb.
Vətəndaşlar qeyd edilən ünvanda yerləşən xidmət kassasına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO