“Azərbaycan Qarabağdakı yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edir” - Prezident 

“Azərbaycan Qarabağdakı yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edir” - Prezident 

Hazırda oxunan: “Azərbaycan Qarabağdakı yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edir” - Prezident 

117491

“Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır”


Ölkəmizin başçısı qeyd edib ki, biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik:

“Bu gün, biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik. Mən, həmçinin fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə münasib vaxtda Sizi Azərbaycana səfərə və fəal dialoqumuzu davam etdirməyə dəvət edirəm. Qonaqpərvərliyə görə bir daha minnətdaram”. 

Görüşdə enerji, təhsil və nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilib.

Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO