Xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirildi

Xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirildi

Hazırda oxunan: Xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirildi

117453

2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5 faiz çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3 faiz səviyyəsində - 240 milyon manat az icra edilib.

Maliyyə naziri qeyd edib ki, dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55 faiz az olub.

O bildirib ki, dünyada inflasiya meyllərinin güclənməsinin Azərbaycana da göstərdiyi mənfi təsirlərin neytrallaşdırılması məqsədilə sosial-həssas əhali qruplarının gəlirlərinin inflasiyadan qorunması istiqamətində məqsədyönlü tədbirlər görülüb, o cümlədən ölkə prezidentinin sərəncamları ilə ötən il ərzində pensiyaların, əmək haqlarının və digər sosial müavinətlərin artırılması ilə bağlı qərarlar qəbul edililib və cari ildə də sosial sahədə artımlar siyasəti davam etdirilməkdədir.

2022-ci ilin həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olduğunu deyən S.Şərifov bu işlərin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirildiyini diqqətə çatdırıb. 
O, əlavə edib ki, xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO