“Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının Avropaya nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların tikintisindən və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından gedir:
“Biz bolqarlar, rumınlar və slovaklarla birlikdə Avropa Komissiyasına müraciət etdik ki, o, bununla prioritet məsələ kimi məşğul olsun və regionda infrastrukturun inkişafına maliyyə dəstəyi göstərsin.
Bu maliyyə vəsaiti Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyadan keçən marşrut üzrə Azərbaycan təbii qazının artan həcmini Cənubi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinə daxil etmək üçün lazımdır”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:13 / 24.01.2023
Aİ-nin dörd ölkəsi Azərbaycan qazının nəqli üçün Avropa Komissiyasına MÜRACİƏT ETDİ
Hazırda oxunan: Aİ-nin dörd ölkəsi Azərbaycan qazının nəqli üçün Avropa Komissiyasına MÜRACİƏT ETDİ
Hazırda oxunan: Aİ-nin dörd ölkəsi Azərbaycan qazının nəqli üçün Avropa Komissiyasına MÜRACİƏT ETDİ
116463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.