Türkiyə Qarabağda kənd təsərrüfatının inkişafına yardım edəcək

Türkiyə Qarabağda kənd təsərrüfatının inkişafına yardım edəcək

Hazırda oxunan: Türkiyə Qarabağda kənd təsərrüfatının inkişafına yardım edəcək

116359

“Türkiyə Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndəsi Durali Koçak BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakıda keçirilən regional seminarında deyib.

Onun sözlərinə görə, Türkiyə və FAO həm Qafqazda, həm də Mərkəzi Asiyada balıqçılıq, su ehtiyatları sahəsində birgə müxtəlif layihələr həyata keçirir: “Bundan başqa, Türkiyə regionun flora və faunasının biomüxtəlifliyinin qorunmasına böyük diqqət yetirir”.
D.Koçak bildirib ki, BMT-nin məlumatına görə, bu gün, təxminən, 3 milyard insanın qidaya müntəzəm, lazımi qədər çıxışı yoxdur:

“Bu problemlərin həlli üçün hərtərəfli əməkdaşlıq etməli, təcrübə mübadiləsi aparmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO