Ötən il pensiya ödənişlərinə yönəldilən vəsaitin HƏCMİ

Ötən il pensiya ödənişlərinə yönəldilən vəsaitin HƏCMİ

Hazırda oxunan: Ötən il pensiya ödənişlərinə yönəldilən vəsaitin HƏCMİ

115338

2022-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 mln. manat) çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, keçən ilin əvvəlindən minimum aylıq pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib.

Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki, həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib.

Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO