Gömrük Komitəsi büdcəyə proqnozdan artıq 1 milyard MANAT KÖÇÜRDÜ

Gömrük Komitəsi büdcəyə proqnozdan artıq 1 milyard MANAT KÖÇÜRDÜ

Hazırda oxunan: Gömrük Komitəsi büdcəyə proqnozdan artıq 1 milyard MANAT KÖÇÜRDÜ

115130

Dövlət Gömrük Komitəsinin (DGK) 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya bildirib ki, iclasda hesabat nitqi ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov çıxış edib.

Onun sözlərinə görə, 2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb, bu da nəzərdə tutulan proqnozdan 1 milyard manat artıqdır.
Hesabat dövründə 694-ü cinayət xarakterli olmaqla 28 min 475 hüquqpozma faktı aşkar edilib, bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kiloqram, 428 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6 faizini daha təhlükəli narkotik vasitələr - heroin və metamfetamin təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO