Bank məcəlləsi niyə yoxdur? – Ekspertin CAVABI

Bank məcəlləsi niyə yoxdur? – Ekspertin CAVABI

Hazırda oxunan: Bank məcəlləsi niyə yoxdur? – Ekspertin CAVABI

112767

Əldə olan cari məlumatlara, əsasən, Hazırda Azərbaycanda 1 dövlət bankı və 22 kommersiya bankı fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarının (BOKT) sayı və konkret fəaliyyəti haqda isə məlumat yoxdur.

Bizim.Media araşdırmasına görə, Azərbaycanda bank sistemində müxtəlif istiqamətlərdə ciddi çatışmamazlıqlar qalıb və yetəri qədər nəzərə alınmır.
 

MÖVZU İLƏ BAĞLI:

60 MİLYARD DOLLAR bizə nələri diqtə edir? – İqtisadçıdan maraqlı AÇIQLAMA 


İqtisadçı Əkrəm Həsənov qeyd edir ki, əsas problemlərdən biri bank qanunvericiliyinin köhnəlməsi və müasir tələblərə cavab verməməsidir.

“Bank qanunvericiliyinin hazırki vəziyyəti sui-istifadə hallarına yol açır. Həm “Bank haqqında qanun”da, həm “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanun”da xeyli boşluqlar var. Mülki məcəllənin bank əməliyyatlarına dair müddəalarında nə kredit, nə istehlak haqqında müddəalar yoxdur. Buna görə banklar vətəndaşları aldada bilir. Prezident İlham Əliyev 2004-cü və 2014-cü ildə sərəncamları ilə iki dəfə bank məcəlləsinin hazırlanmasını tapşırıb, amma bu sahədə heç bir iş yoxdur”.

Digər bir narahatlıq doğuran məsələ qanunvericiliyin tətbiqidir.

“Banklar tərəfindən xeyli pozuntulara yol verilir. Düzdür, Mərkəzi Bankın yeni rəhbərləyi bu problemlərlə məşğul olsa da, 8 aylıq müddəti üçün bu problemlər, təbiidir ki, tam həll oluna bilməz. Yeni rəhbərlik artıq qanunvericiliyə dəyişiklik olunması haqda layihə təklif edib. Hər bir halda banklarda pozuntu halları olur.

Bankların müştərilərlə, istehlakçılarla münasibətlərində öz üstün vəziyyətindən su-istifadə halları çoxdur. Banklar kredit verəndə şərtləri izah etmirlər, müqavilə bağlayanda şərtləri çox kiçiklə yazırlar ki, vətəndaşlar oxuya bilmir, hansı ki, orada vətəndaşın xeyrinə olmayan müddəalar var. Kart məsələlərində də xeyli problemlər var, vətəndaşların pulları kartlardan itir. Banklar kifayət qədər fəal deyillər belə məsələlərdə, təbliğat, maarifləndirmə aparmırlar. Nəticədə vətəndaşlar aldanır, pulları itir”.

Bank olmayan kredit təşkikatlarının (BOKT) Azərbaycanda fəaliyyətləri çox zəifdir.

“Bu da vətəndaşların maliyyə xidmətlərinə əl çatanlığını azaldır. Azərbaycanın elə ucqar əraziləri var ki, orada bank fəaliyyəti göstərən təşkilatlar yoxdur. Bank olmayan kredit təşkilatları (BOKT) yalnız nağdsız kredit verə bilirlər. Həmin təşkilatar nağd verə, kassa əməliyyatı apara, valyuta dəyişə bilmirlər. Buna görə bank olmayan kredit təşkilatlarının səlahiyyətlərinin genişləndirilməsi lazımdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO