Pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək – RƏSMİ 

Pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək – RƏSMİ 

Hazırda oxunan: Pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək – RƏSMİ 

112394

Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcək: 

"İllik inflyasiyanın faktiki və proqnoz göstəricilərinin azalması halında pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun yumşaldılması imkanları nəzərdən keçiriləcək. Ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” rəhbər tutulmaqla pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO