“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklərə əsasən “manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri” sözləri “nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar” sözləri ilə əvəz ediləcək.
Bundan əlavə “xarici valyutada ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri” sözləri “nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar” sözləri ilə dəyişdiriləcək.
Dəyişikliklərə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil ediləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:58 / 27.12.2022
Manat və xarici valyutada olan qiymətli kağızlarla bağlı BU tələblər DƏYİŞDİRİLDİ
Hazırda oxunan: Manat və xarici valyutada olan qiymətli kağızlarla bağlı BU tələblər DƏYİŞDİRİLDİ
Hazırda oxunan: Manat və xarici valyutada olan qiymətli kağızlarla bağlı BU tələblər DƏYİŞDİRİLDİ
112000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.