Avropada cərəyan edən enerji böhranı hava səbəbiylə yüngülləşəcək

Avropada cərəyan edən enerji böhranı hava səbəbiylə yüngülləşəcək

Hazırda oxunan: Avropada cərəyan edən enerji böhranı hava səbəbiylə yüngülləşəcək

111999

2023-cü il yanvarın ilk həftəsində sinoptiklər Avropada kəskin istiləşmə olacağına dair proqnozlar veriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Məlumata görə, bununla əlaqədar regionda enerji böhranı azala bilər. 

“Maxar Technologies”ə görə, Frankfurtda havanın temperaturu Yeni il ərəfəsində təxminən 16 dərəcəyə çatacaq ki, bu da 30 illik orta göstəricidən yüksəkdir.  
Həmçinin bildirilib ki, həftə sonu Helsinkidə havanın temperaturu normadan 6 dərəcə yuxarı qalxacaq, Marseldə isə temperatur 17,5 dərəcəyə çatacaq.  

Agentlik ehtimal edir ki, regionda isti havalar dekabrın əvvəlində soyuq havanın başlaması ilə ciddi şəkildə boğulan Avropa elektrik şəbəkələrindəki gərginliyi azaldacaq. Qərbi Avropanın küləkli şəraiti də enerji böhranını aradan qaldırmağa kömək edəcək, bu da külək stansiyalarından enerji hasilatını artıracaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO