Rusiya Azərbaycana tədarük etdiyi taxılda aşkarlanan qüsurları aradan qaldıracaq

Rusiya Azərbaycana tədarük etdiyi taxılda aşkarlanan qüsurları aradan qaldıracaq

Hazırda oxunan: Rusiya Azərbaycana tədarük etdiyi taxılda aşkarlanan qüsurları aradan qaldıracaq

11169

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2020-ci ildə Rusiyadan ölkəyə taxıl və kartof tədarükündə tələblərə cavab verməyən 45 halın olmasından narahatdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumatda bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi


Qeyd olunan məsələyə dair müzakirələr "Rosselxoznadzor" və AQTA-nın rəhbərlərinin müavinləri səviyyəsində keçirilən onlayn görüş zamanı aparılıb.

Qeyd edilib ki, buğda tədarükündə 36 halda bu məhsulun yabanı otlarla qarışıq halında olduğu, 1 halda qarğıdalı və 8 halda nematoda yoluxmuş kartof müəyyən edilib.

AQTA aşkar etdiyi pozuntular barədə "Rosselxoznadzor"a bildirişlər göndərmədiyini təsdiqləyib.

"Rosselxoznadzor"un rəhbərinin müavini Anton Karmazin ölkələr arasında ticarət əməkdaşlığının vacibliyini vurğulayıb. 

Rusiyadan Azərbaycana hər il təxminən 1,5 mln. ton taxıl və ondan emal olunan məhsulların göndərildiyini bildirib. Onun sözlərinə görə, idxalçı ölkələrin taxıl tədarükündə tələblərinə uyğunluğunu təmin etmək "Rosselxoznadzor"un prioritet vəzifəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO