Ölkədə bank kartlarının sayı 13 milyonu ötüb - RƏSMİ 

Ölkədə bank kartlarının sayı 13 milyonu ötüb - RƏSMİ 

Hazırda oxunan: Ölkədə bank kartlarının sayı 13 milyonu ötüb - RƏSMİ 

111222

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı bu il noyabr ayının sonunda ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% çoxdur.

Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 26.6% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1.7 mln. ədəd artıb. 
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.

2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1908 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 mln. manatı POS-terminallar, 2.4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47.4%-ni təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO