Azərbaycan Avropaya qaz ixracını artırıb - VİDEO

Azərbaycan Avropaya qaz ixracını artırıb - VİDEO

Hazırda oxunan: Azərbaycan Avropaya qaz ixracını artırıb - VİDEO

110294

Statistik məlumatlara görə bu ilin ilk 5 ayı ərzində Azərbaycan Avropaya qaz ixracatını əvvəlki dövrlə müqayisədə 2.2 dəfə artıraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib. Deməli ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. 

Bizim.Media xəbər verir ki, Buxarestdə imzalanan Saziş də Avropanın enerji təhlükəsizliyinə bir töhfədir. Dövlət Neft Şirkəti ilə Romqaz arasıda imzalana müqaviləyə görə, 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qaz İXRAC olunacaq.

Bu isə onu deməyə əsas verir ki, ölkəmiz qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir.
Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyini daha gücləndirir.

Azərbaycan Avropaya digər enerji körpüsünü də salmağa başlayırıq. Söhbət yaşıl enerji təchizatından gedir. Statistik məlumatlara görə, Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

Ölkəmizin strateji investorları ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsal edilməsi planlaşdırılır. Onların 80 faizi ixrac olunacaq.

Bütün bunlar sübut edir ki, bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era və mərhələnin başlanğıcı olacaq. Çünki Qaradənizin o tayında 2, bu tayında 2 dövlətləri birləşdirən vahid enerji sistemi olacaq. Qara Dənizin dibi ilə min 195 km uzunluğunda magistral elektrik xətti və optik rabitə xətti çəkiləcək.

Avropa Komissiyasının Prezidenti Ursula Von der Lyayen Azərbaycanın enerji məsələsinə töhvəsini yüksək qiymətləndirib və imzalanmadan sonra öz tivitter hesabında bildirib ki, Qara Dənizin dibi ilə yeni çəkiləcək elektrik enerji kabeli yeni ötürmə marşrutu olacaq.
Yeri gəlmişkən Azərbaycan Prezidentinin Ursula fon der Lyayenlə bu, 3-cü görüşü oldu. Bundan əvvəl Layenin Azərbaycan səfər etmişdi. Sonra Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun işə salınması zamanı görüş və təmaslar baş tutdu.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO