Azərbaycanın neft ixracından gəlirləri AÇIQLANDI 

Azərbaycanın neft ixracından gəlirləri AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanın neft ixracından gəlirləri AÇIQLANDI 

109989

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 18 318 642,45 min ABŞ dolları dəyərində 24 318 448,83 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,77% azalsa da, dəyəri 49,11% artıb.
Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO