ABŞ-Azərbaycan logistika konfransı keçirilib

ABŞ-Azərbaycan logistika konfransı keçirilib

Hazırda oxunan: ABŞ-Azərbaycan logistika konfransı keçirilib

109382

USAID və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Merilend ştatının Baltimor şəhərində “Orta Dəhliz: Limanlar və Hava Yolu Yükdaşımaları Vasitəsilə İqtisadiyyatları Əlaqələndirir” adlı ABŞ-Azərbaycan logistika konfransı keçirilib.

Orta Dəhliz Mərkəzi Asiyadan Cənubi Qafqaza və Şərqi Avropaya tranzit marşrutdur. Azərbaycanın coğrafi mövqeyi, logistika infrastrukturu, limanı və hava yükdaşıma vasitələri Avropa və Asiya arasında mal və xidmətlərin tranziti üçün bu yeni imkan üçün çox vacibdir.

Bizim.Media xəbər verir ki, konfrans Qlobal Palata və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ilə birgə təşkil olunub.

Konfransda Dr. Alexander Sokolovski, USAID-in Avropa və Avrasiya üzrə Administrator mwavininin köməkçisi; Fariz Rzayev, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini; TRACECA-nın Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Assavbayev və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim iştirak ediblər.
ABŞ-ın işgüzar dairələri Azərbaycanın Orta Dəhlizdəki rolu, logistika sektorundakı nailiyyətlər, perspektivlər və gələcəyə baxış haqqında məlumat əldə ediblər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Merilend Liman İdarəsi, Silk Way West Airlines, Boeing və digər aparıcı şirkətlərin nümayəndələri iki ölkə arasında logistika sahəsində əməkdaşlıq imkanlarını, pandemiyadan sonra logistika sektorunda perspektivlər və problemləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO