Ölkədə qiymət artımının qarşısı necə alınmalıdır? – Ekspert detalları AÇIQLADI 

Ölkədə qiymət artımının qarşısı necə alınmalıdır? – Ekspert detalları AÇIQLADI 

Hazırda oxunan: Ölkədə qiymət artımının qarşısı necə alınmalıdır? – Ekspert detalları AÇIQLADI 

108898

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus deyib ki, Azərbaycandakı inflyasiyanın tənzimlənməsi ilə ölkənin Mərkəzi Bankı (MB) məşğul olmalıdır. Görəsən, MB bunun üçün nələr etməlidir? 

Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, MB ən azından bir alətindən istifadə etməklə qiymət artımının qarşısını hardasa ala bilər. 

Ekspertə görə, bunun üçün MB bütün kommersiya banklarına bərabər şəkildə kredit verməlidir:

“Dünya ölkələrində inflyasiya ilə məşğul olan qurum Mərkəzi Bankdır. Azərbaycanda da Mərkəzi Bank haqqında qanuna görə, həmin qurumun əsas məqsədi qiymətlərin sabitliyinə nail olmaqdır. Amma görürük ki, MB inflyasiyanın qarşısının ala bilmir. 

Düzdür, heç də hər şey MB-dən asılı deyil. Dünyada olduğu kimi, ölkədə inflyasiya sürətlə artır.

Azərbaycan bir çox məhsulu xaricdən alır. Lakin qiymət artımında daxili faktorların olduğunu da inkar etməməliyik. Qiymət artımı faktorlarından biri də kredit faizlərinin yüksək olmasıdır. Krediti böyük faizlə götürən sahibkar da öz növbəsində istehsal etdiyi məhsulu yüksək qiymətə satmalı olur. Kredit faizlərinin yüksək olması da öz növbəsində bankların çoxunun MB-dən kredit götürə bilməmələri ilə bağlıdır”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO