Azərbaycan avrobondların bir qismini vaxtından əvvəl geri alıb

Azərbaycan avrobondların bir qismini vaxtından əvvəl geri alıb

Hazırda oxunan: Azərbaycan avrobondların bir qismini vaxtından əvvəl geri alıb

108820

2022-ci il noyabrın 30-dan dekabrın 12-dək Maliyyə Nazirliyinin Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən beynəlxalq maliyyə bazarlarında ticarət olunan və 2024-cü ildə geri qaytarılması nəzərdə tutulan 1 milyard 250 milyon ABŞ dolları məbləğində Azərbaycan Respublikasının xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobond) 350 milyon ABŞ dolları həcmində olan hissəsi vaxtından əvvəl geri alınması əqdi başa çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər


Maliyyə Nazirliyindən Bizim.Media-ya daxil olan məlumata görə, 350 milyon dollar məbləğində xarici valyutada ifadə olunmuş istiqrazlar nominal dəyərindən aşağı qiymətə alınıb.

Avrobondların geri alınması əqdi Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan hədəflərə – xarici valyutada ifadə olunmuş borcun ümumi borc portfelində xüsusi çəkisinin azaldılmasını və müvafiq olaraq milli valyutada ifadə olunmuş borcun artırılması hədəfinin reallaşdırılması istiqamətində atılan addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO