Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər - Dünya Bankı

Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər - Dünya Bankı

Hazırda oxunan: Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər - Dünya Bankı

108573

2050-ci ilə kimi Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər.

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

O bildirib ki, Azərbaycanda ÜDM-in orta illik artımı 2024-2050-ci ilə kimi 1,7% təşkil edə bilər: 

"Bu, adambaşına düşən ÜDM-ə əhəmiyyətli təsir göstərir. Bu halda adambaşına ÜDM 2050-ci ilə qədər 10 250 ABŞ dollarına çata bilər və orta azərbaycanlını hazırkı artım trayektoriyası ilə müqayisədə 40 faiz daha zəngin edə bilər".
S.Mayk əlavə edib ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır. Struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO