Avtomobil bazarında QİYMƏTLƏR QALXDI – Səbəbini ekspert AÇIQLADI

Avtomobil bazarında QİYMƏTLƏR QALXDI – Səbəbini ekspert AÇIQLADI

Hazırda oxunan: Avtomobil bazarında QİYMƏTLƏR QALXDI – Səbəbini ekspert AÇIQLADI

107982

Ötən aylarla müqayisədə dekabrın əvvəlindən başlayaraq, Bakının maşın bazarında avtomobillərin qiymətində artım müşahidə edilir. Məlumata görə, müxtəlif markalar üzrə qiymətlər təxminən 500-600 manat civarında artıb. 

Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, hər ilin ilk və sonuncu ayında avtomobil bazarında bənzər vəziyyət hökm sürür.

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, hər dəfə ilin ilk və son ayında avtomobillərin qiymətinin bahalaşması tendensiyası vergi və aksiz dərəcələrinin qaldırılacağı ilə bağlı yaşanan gözləntilər və inflyasiya göstəricilərinin açıqlanması ilə bağlıdır: 

“Bunlar bir-birilə bağlı məsələdir. Avtomobil satışı ilə məşğul olanlar arasında hər ilin sonunda növbəti ildən vergilərin, aksizlərin, hansısa dərəcələrin qaldırılması ilə bağlı qərarların qəbul ediləcəyi gözləntiləri formalaşır. Belə hallar dəfələrlə olub. 2021-ci ildə motor həcmi yüksək olan avtomobillərlə bağlı bəlli qərar verildi. Bu da öz növbəsində qiymət artımına təsir göstərib. Həmin qərar öncədən müzakirəyə çıxarıldığına görə, ilin sonuna doğru motor həcmi yüksək olan avtomobillərlə bağlı daha çox sifarişlər oldu.

Məhz həmin avtomobillər üzrə qiymətin bahalaşması tendensiyası avromobil satışı ilə məşğul olanları daha çox sifariş verməyə sövq etdi. Həqiqətən də, keçən ilin noyabrın sonu-dekabr ayı ərzində ölkəyə daha çox avtomobil gətirildi. Cari ilin yanvarından yeni aksiz dərəcələrinin qüvvəyə minməsilə isə avtomobillərqin qiyməti üzrə yeni bahalaşmanın şahidi olduq”. 

İlin ilk və son ayında maşınların qiymətinin bahalaşmasına təsir edən digər amil isə həmsöhbətimizə görə, inflyasiya göstəriciləridir:

“Ölkədə inflyasiya prosesi varsa, avtomobil satışını həyata keçirənlər də öz gəlirlərini fiksə etmək, daha çox qazanmaq üçün qiymətləri artırmaqla bağlı qərar verirlər. Bu da ondan irəli gəlir ki, inflyasiya göstəriciləri ilin sonuna yaxın açıqlanır. Bu zaman göstəricilərin artdığını görən satıcılar da ilin sonu və növbəti ilin əvvəlində daha yüksək qiymətlər təyin edirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO