Gürcüstandan avtomobil alışı 80% azaldı

Gürcüstandan avtomobil alışı 80% azaldı

Hazırda oxunan: Gürcüstandan avtomobil alışı 80% azaldı

107846
Gürcüstan Statistika Komitəsi məlumat yaydı.

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 57 759,4 min dollar dəyərində 3 225 ədəd minik avtomobili ixrac olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 678 ədəd avtomobil və ya 79,7% azdır.

Moderator.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Statistika Komitəsinin cari ilin yanvar-oktyabr ayları üçün açıqladığı hesabatda deyilib. 

Qeyd edək ki, ötən ilin anoloji dövründə Azərbaycana Gürcüstandan 231 milyon  942 min dollar dəyərində, 15 903 minik avtomobili idxal olunmuşdu. 

Onu da əlavə edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ümumilikdə Azərbaycanda 24 219 avtomobil gətirilib. Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayı isə bu rəqəmin 13,31%-nə bərabərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO