Sahibkarlar 7 il VERGİDƏN AZAD oluna bilər – Ancaq BİR ŞƏRTLƏ... 

Sahibkarlar 7 il VERGİDƏN AZAD oluna bilər – Ancaq BİR ŞƏRTLƏ... 

Hazırda oxunan: Sahibkarlar 7 il VERGİDƏN AZAD oluna bilər – Ancaq BİR ŞƏRTLƏ... 

107436

Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarov “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısında çıxışı zamanı kiçik və orta biznes sahiblərinə vergi güzəştlərindən bəhs edib.

Nazir qeyd edib ki, bu istiqamətdə bir sıra tədbirlər görülüb:

“7 illik gəlir vergisindən azad olunma o deməkdir ki, vaxtilə kiçik və orta sahibkarlıqda çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min insana çatıb. 10 milyonluq ölkə üçün bu qədər iş yerinin olması hər şeyi bildirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azad edilmiş ərazilərlə bağlı vergi güzəştləri müəyyənləşir


Lakin nazirin bu çıxışı bir sıra KİV və sosial şəbəkə istifadəçiləri tərəfindən yanlış şərh edilib. Belə ki, bu açıqlamanı kiçik və orta biznes təssərrüfat subyektlərin 7 il müddətində vergidən azad olunacağı kimi təqdim edilib.

Bizim.Media xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabından yazdığı statusda bu məsələyə aydınlıq gətirib:

“Cənab nazir təxminən belə bir fikir səsləndirib ki, biz KOB-lara müəyyən sərbəstlik vermişik, bir sıra xüsusi tədbirlər görmüşük. 7 illik gəlir vergisindən azad olunma o deməkdir ki, vaxtilə kiçik və orta sahibkarlıqda  çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min nəfərə çatıb. Cənab nazirin bu fikirlərini KOB-ların 7 il müddətinə vergidən azad olunacagı xəbəri kimi yayıblar. Daha sonra bir çox saytlarda bu xəbərləri siliblər.  Bu xəbərə də bir çox tanınmış insanlar belə müxtəlif reaksiyalar veriblər”.

Ekspert yeddi il müddətinə vergidən azadolmanın hansı halda mümkün olması məsələsinə də diqqət çəkib:
 

“Deməli vergi güzəştləri ilə bağlı müxtəlif illəri əhatə edən güzəştlər mövcuddur. 3 il, 7 il, 10 il  və s. Məsələn, Startap şəhadətnaməsi alan sahibkarlar 3 il müddətinə vergidən azad edilirlər. 7 il müddətinə vergidən azadolma isə İqtisadiyyat Nazirliyi tərəfindən verilən “İnvestisiya təşviqi sənədi”nin verildiyi halda mümkündür. 


İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarların müraciəti əsasında müvafiq sənədlərin təqdim edilməsindən sonra onlara “İnvestisiya təşviqi sənədi” verilir və bu sənəd sahibkarlar üçün 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50%, torpaq və əmlak vergisindən tamamilə, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad edir. Son məlumata görə 2022-ci ilin 1 oktyabr tarixinədək 456 sahibkarlıq subyektinə 547 investisiya təşviqi sənədi verilib.

Böyük ehtimal ki, cənab nazir güzəştlərdə haqqında danışarkən 7 illik azadolma dedikdə məhz bu güzəştlərə toxunub”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO