Neft Fondunun büdcəsində kəsir PROQNOZLAŞDIRILIB

Neft Fondunun büdcəsində kəsir PROQNOZLAŞDIRILIB

Hazırda oxunan: Neft Fondunun büdcəsində kəsir PROQNOZLAŞDIRILIB

106762

Gələn il üçün Dövlət Neft Fondunun (ARDNF) büdcəsi kəsirlə proqnozlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilir ki, Fondun gəlirlərinin əsas formalaşma mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin (129,6 mln. barrel) cari ilin dürüstləşmiş büdcəsinə (153,1 mln. barrel) nisbətən 23,5 mln. barel az, Şahdəniz yatağı üzrə qaz hasilatının həcminin isə 1,5 mlrd.kub metr artıq nəzərdə tutulması və xam neftin satış qiymətinin 50,0 ABŞ dolları həcmində müəyyənləşməsi Fondun gəlirlərinin 8 990,9 mln. manat proqnozlaşdırılmasına təsir edib. 
ARDNF-in xərclərinin 11 392,3 mln. manat həcmində nəzərdə tutulması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərib. 

Son nəticədə növbəti ildə Fondun büdcəsinin 2 401,4 mln. manat kəsirlə proqnozlaşdırılmasına şərait yaratıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO