Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

Hazırda oxunan: Rusiya Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

105116

Rusiyanın “Qazprom” şirkəti 2023-cü ilin mart ayına qədər yeni müqaviləyə əsasən, Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək.

Bizim.Media "govoritmoskva.ru"ya istinadən xəbər verir ki, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb.

Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan və Rusiya qazın mövsümi tədarükü ilə bağlı razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO