Azərbaycanın neft ixracından GƏLİRLƏRİ AÇIQLANDI

Azərbaycanın neft ixracından GƏLİRLƏRİ AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanın neft ixracından GƏLİRLƏRİ AÇIQLANDI

104910

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 22,682 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.

Mənbə qeyd edir ki, Azərbaycan hesabat dövründə 17,18 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 53,1 faiz çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 49,49 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 66,59 faizə bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO