Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % artıb.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu ilin 10 ayında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 23 milyard 748,6 milyon kVt/saat təşkil edib.
O bildirib ki, bu müddət ərzində ixrac 2 milyard 101,2 milyon kVt/saat, idxal isə 115,7 milyon kVt/saat olub.
P. Şahbazov qeyd edib ki, yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 357,9 milyon kVt/saat artımla 1 milyard 755,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bizim.Media
Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3.8% artaraq 23 748,6 mln. kVt•st, #ixrac 2 101,2 mln. kVt•st, #idxal isə 115,7 mln. kVt•st olub. pic.twitter.com/W2V8lBRosE
— Parviz Shahbazov (@ParvizShahbazov) November 16, 2022