Bakı Limanının 2-ci fazasının texniki əsaslandırılması bu il yekunlaşacaq

Bakı Limanının 2-ci fazasının texniki əsaslandırılması bu il yekunlaşacaq

Hazırda oxunan: Bakı Limanının 2-ci fazasının texniki əsaslandırılması bu il yekunlaşacaq

104262

Bakı Limanının ikinci fazasının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işlərinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə bitməsi gözlənilir.

Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, texniki əsaslandırma hesabına Bakı Limanı üçün tələb olunan körpülərin sayı müəyyənləşəcək: 

"Texniki-iqtisadi əsaslandırma hazır olduqdan sonra tikinti planı, dizaynı hazırlanacaq. İlkin layihəyəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq".

Xatırladaq ki, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon ton təşkil edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO