Hibrid avtomobillərə verilən güzəştlə bağlı RƏSMİ AÇIQLAMA

Hibrid avtomobillərə verilən güzəştlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Hibrid avtomobillərə verilən güzəştlə bağlı RƏSMİ AÇIQLAMA

103647

"Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur".

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib.

O bildirib ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kubsantimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
 

Ə.Quliyev qeyd edib ki, bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu:

"Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla, həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO