Tibbi maskaların gömrük rüsumundan azad edilmə müddəti uzadıldı - RƏSMİ 

Tibbi maskaların gömrük rüsumundan azad edilmə müddəti uzadıldı - RƏSMİ 

Hazırda oxunan: Tibbi maskaların gömrük rüsumundan azad edilmə müddəti uzadıldı - RƏSMİ 

103005

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların idxal gömrük rüsumundan azad edilmə müddəti artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə qeyd olunub.

Qərara əsasən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 31 dekabr 2024-cü ilə qədər idxal gömrük rüsumundan azad edilir. Bundan əvvəl bu müddət 31 dekabr 2022-ci il tarixinədək olan dövrü əhatə edirdi.
Həmçinin tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxal gömrük rüsumundan azad edilmə müddəti də daha 2 il artırılır.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO