Neft Fondunun

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 2 dəfədən çox artıb

Hazırda oxunan: Neft Fondunun "Şahdəniz"dən gəlirləri 2 dəfədən çox artıb

102984

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 209 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. 

ARDNF-dən Bizim.Media-ya verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.11.2022 tarixinə) 328 567 min dollar olub, bu da 2,4 dəfə artım deməkdir. 

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.

Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO