Azərbaycanın qeyri-neft ixracı 16 faizdən çox artıb

Azərbaycanın qeyri-neft ixracı 16 faizdən çox artıb

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı 16 faizdən çox artıb

102848

Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr ayları üzrə qeyri-neft ixracının statistikası açıqlanıb. 

Bizim.Media İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 385,99 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.

Təkcə cari ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik ifadədə 10,5 faiz artaraq 269,15 milyon dolları ötüb. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2 faiz artaraq 2 milyard 713,40 milyon dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO