Azərbaycanın cari xərcləri 11 milyard manat artıb

Azərbaycanın cari xərcləri 11 milyard manat artıb

Hazırda oxunan: Azərbaycanın cari xərcləri 11 milyard manat artıb

102639

“Qeyri-neft gəlirlərində azalma olması fikri ilə razı deyilik”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari xərclər artıb:

“Bu da düzgündür. Reallıq budur və biz də bunu görürük. Bizim 2017-ci illə müqayisədə cari xərclərimiz 11 milyard manat səviyyəsində artıb. Eyni zamanda həmin bu müddət ərzində baş verən dəyişiklikləri də nəzərə almalıyıq. 2019-cu ildə biz sosial xərclərin əhəmiyyətli dərəcədə artımına getmişik.

Bunlar hamısı həmin xərclərin artımına bilavasitə təsir göstərib.

Həmin artımların böyük hissəsi - 5 milyard manatdan çox - əməyin ödənişi və digər sosial xərclərə aiddir. Təkcə səhiyyə xərcləri sahəsində xərclərimiz 2,2 dəfə artıb. Çünki hər zaman burada bizim səhiyyə xərclərimizin aşağı olduğu deyilirdi.
Buna görə də dövlət tərəfindən səhiyyə sahəsində xərclərin artırılmasına gedilir. Bu gün də dövlət tərəfindən sığortalanan əhalini hər il indeksləşdiririk. Hökumətin cari xərclər siyasəti əksər hallarda sosial faktorlarla bağlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO