Azərbaycanda 2024-cü ildə qaz hasilatının 2023-cü ilin proqnoz göstəricisi (46 761,6 mln. kubmetr) ilə müqayisədə 5,54% artacağı və 49 352,7 mln. kubmetrədək çatacağı, lakin gələn iki il ərzində tədricən azalacağı proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Sənədə əsasən, 2025 və 2026-cı illərdə Azərbaycanda müvafiq olaraq 49 107,2 min ton və 48 035,6 mln. kubmetr qaz hasil olunacaq.
Proqnoza görə, 2024-cü ildə ölkədə 38 477,5 mln. kubmetr əmtəəlik qaz istehsal olunacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi (35 900,3 mln. kubmetr) ilə müqayisədə 7,2% çoxdur. Buna baxmayaraq, 2025-2026-cı illərdə əmtəəlik qazın istehsalı azalacaq və müvafiq olaraq 38 462 mln. kubmetr və 36 890 mln. kubmetr səviyyəsində olacaq.
Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 34 402,6 mln. kubmetr qaz hasil edilib, bunun da 25 681,2 mln. kubmetri əmtəəlik qazın payına düşüb, bu da illik müqayisədə müvafiq olaraq 8,5% və 9,8% artım deməkdir.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 43 863,5 mln. kubmetr qaz hasil edilib, bunun da 32 573,8 mln. kubmetri əmtəəlik qazın payına düşüb, bu da illik müqayisədə müvafiq olaraq 18,1% və 23% çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:48 / 03.11.2022
Azərbaycanda qaz hasilatı 2024-cü ildə 49 mlrd. kubmetri ötəcək
Hazırda oxunan: Azərbaycanda qaz hasilatı 2024-cü ildə 49 mlrd. kubmetri ötəcək
Hazırda oxunan: Azərbaycanda qaz hasilatı 2024-cü ildə 49 mlrd. kubmetri ötəcək
102598
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.