Avtomobil sığortasında QAYDA DƏYİŞDİ – Şirkətlərin də MƏSULİYYƏTİ artdı

Avtomobil sığortasında QAYDA DƏYİŞDİ – Şirkətlərin də MƏSULİYYƏTİ artdı

Hazırda oxunan: Avtomobil sığortasında QAYDA DƏYİŞDİ – Şirkətlərin də MƏSULİYYƏTİ artdı

102301

“Bu gündən etibarən Mərkəzi Bankın zərərlərin tənzimlənməsiylə bağlı müəyyən etdiyi yeni qaydalar qüvvəyə minir. Bu mövcud qaydaların yenilənmiş və daha optimal formasıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.

O əlavə edib ki, əvvəllər hadisə zamanı zərərçəkənə dəymiş ziyan qarşı tərəfin sığortası hesabına ödənilirdi:

“1 noyabr 2022-ci ildən sonra isə zərərçəkənə dəymiş ziyan onun öz sığorta şirkəti tərəfindən ödəniləcək. Bundan əlavə dəyişiklikdə o da var ki, hadisədə ikidən artıq nəqliyyat vasitəsi olmasın. Ən əsası sağlamlığa dəyən ziyan olmasın. Üstəlik, zərər vuran tərəf bir növ “qara siyahı”ya düşəcək. Növbəti ildə o avtomobilini sığorta etdirəndə bir qədər əlavə vəsait ödəmək məcburiyyətində qalacaq. Bu da sürücülərin daha məsuliyyətli olmasına yönəlik addımdır”. 

Ekspert onu da əlavə etdi ki, burda məqsəd həm müştəri məmnunluğunu təmin etmək, həm də sığorta şirkətinin məsuliyyətini artırmaqdır:

“Əvvəllər sığorta şirkəti dəymiş zərəri ödəməkdə o qədər də maraqlı deyildi. Çünki, ziyançəkən onun müştərisi deyildi. Amma bundan sonra zərərçəkənin ziyanı ancaq, özünün əvvəlcədən seçdiyi şirkət tərəfindən qarşılanacaq. Bu da sığorta bazarında rəqabət mühitini gücləndirəcək və müştəri məmnunluğunu artıracaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO