Qəzaya düşmüş avtomobillərin ziyanı bu HALLARDA ÖDƏNİLƏCƏK

Qəzaya düşmüş avtomobillərin ziyanı bu HALLARDA ÖDƏNİLƏCƏK

Hazırda oxunan: Qəzaya düşmüş avtomobillərin ziyanı bu HALLARDA ÖDƏNİLƏCƏK

101783

Noyabrın 1-dən avtomobillərin icbari sığortası ilə bağlı qaydalar dəyişir. 

Bizim.Media xəbər verir ki, yeni qaydalar əvvəlkilərdən bəzi nüanslara görə, fərqlənir. 

Məsələn, əvvəl avtomobillər qəza törədəndə birinin sığortaçısı digərinin zərərini qarşılayırdısa, indi başqa cür olacaq. 

Yeni qaydaya görə, icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq. Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. 

Avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək. Bundan sonra vurulan avtomobilin öz sığortaçısı sürücünün maşınını təmir edəcək. 

Maraqlı və təəccüblü nüanslardan biri də odur ki, dəymiş ziyan yalnız aşağıdakılar olduğu halda ödəniləcək:                                                                   

1. Hər iki avtomobil sığortalı olarsa                                                   

2. Avtomobillər fərqli sığorta şirkətində sığortalı olarsa                                                              

3. Avtomobillərin hər ikisinə zərər dəyərsə.                                              

Göründüyü kimi, sadalananlarda sürücülərin xeyrinə nüanslar olsa da, çətinlik yaradan amillər də var. 

Elvira Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO