Hesablama Palatası dövlət büdcəsinə dair layihə rəylərini TƏSDİQLƏYİB - FOTO

Hesablama Palatası dövlət büdcəsinə dair layihə rəylərini TƏSDİQLƏYİB - FOTO

Hazırda oxunan: Hesablama Palatası dövlət büdcəsinə dair layihə rəylərini TƏSDİQLƏYİB - FOTO

101687

Oktyabr ayının 28-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının məlumatında bildirilib.

Məlumata görə, iclasda Kollegiyanın gündəliyinə çıxarılmış "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiq edilib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO