ABŞ: OPEC ölkələrində neft hasilatı artacaq

ABŞ: OPEC ölkələrində neft hasilatı artacaq

Hazırda oxunan: ABŞ: OPEC ölkələrində neft hasilatı artacaq

101551
 OPEC ölkələrində gündəlik neft hasilatı cari ilin aprel-dekabr ayları ərzində 0,5 milyon barel artaraq 29,2 milyon barelə çatdırılacaq.

Sfera.az xəbər verir ki, belə bir proqnoz ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EİA) hesabatında yer alıb.

Hesabat müəlliflərinə görə, adıçəkilən ölkələrdə 2021-ci ildə hasilat 29,4 milyon barelə çatdırılacaq. Belə bir proqnoz OPEC ölkələrinin OPEC+ sövdələşməsinə dair danışıqların uğursuzluğundan sonra artıq dünya neft bazarını tarazlaşdırmaq yox, həmin bazarda daha çox pay qoparmaq üçün səy göstərəcəkləri ehtimalına əsaslanır.

Həmçinin "Brent” markalı neftin qiymətinə dair də bütövlükdə cari il üçün 61,25 ABŞ dolları əvəzinə, ikinci rüb üçün 37 ABŞ dolları, ilin ikinci yarısı üçün 42 ABŞ dolları, 2021-ci il üçün isə 55 ABŞ dolları səviyyəsində proqnoz verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO