Hesablama Palatası FHN-nin akademiyasında YOXLAMA APARIB 

Hesablama Palatası FHN-nin akademiyasında YOXLAMA APARIB 

Hazırda oxunan: Hesablama Palatası FHN-nin akademiyasında YOXLAMA APARIB 

101272

Hesablama Palatası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 2020 və 2021-ci illər üzrə maliyyə əməliyyatlarının auditini aparıb.

Bizim.Media xəbər verir ki, audit hesabatından maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmamasını təsdiqləyən yetərli münasib audit sübutları əldə etmək qeyri-mümkün olub.

Audit hesabatında göstərilən nöqsanlara dair Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 2022-ci il 30 iyun tarixli 3734-00609 nömrəli məktubla iradları olmayıb. 

Dövlət büdcəsindən ayrılan vəsait hesabına mal göndərən (podratçı) təşkilata qabaqcadan ödənilmiş məbləğə (31.12.2020-ci il tarixə 189041,17 manat; 31.12.2021-ci il tarixə 96055,19 manat) hesabat ilində “gələcək hesabat dövrlərinin gəliri” adı ilə şərti öhdəlik yaradılaraq maliyyə hesabatlarında tanınıb.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi tərəfindən təsdiq edilən 2021-ci il 03 may tarixli “Mal-material ehtiyatların silinməsi üzrə Akt”a əsasən 2009-2020-ci illər üzrə istismar olunan 3 089 997,46 manat dəyərində yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin maliyyə hesabatlarından silinib.

Audit qrupuna imzasız təqdim olunan 2021-ci ildə nazirliyin tabeliyində olan hüquqi şəxslər tərəfindən akademiyaya verilib və maliyyə hesabatlarında tanınan 391 596,53 manat dəyərində əsas fondlar və mal-material ehtiyatları qəbul edilib. 
Hesablama Palatası bildirib ki, əldə edilən audit sübutları rəyi əsaslandırmaq üçün yetərli və münasib hesab edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO