Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv olunub

Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv olunub

Hazırda oxunan: Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv olunub

100469
Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.

Bu barədə "APA-Economics"ə bankdakı mənbə bildirib.
 
Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb.
 
"Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib.
 
İnformasiyanı bankdan "APA-Economics"ə təsdiqləyiblər.
 
Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”x9dnin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament  müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO