"Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.
Dövlət başçısı inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətlərinin Azərbaycanla bərabər çalışmasından danışıb:
MÖVZU İLƏ BAĞLI:
“Azad edilən ərazilərdə minaların yerini aqroparklar alır” – Ərdoğan
"Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların artıq bir hissəsi hazır vəziyyətdədir, dəmir yolları, eyni zamanda 33 tunelin inşası nəzərdə tutulub, onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 km-dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bir qismi inşa edilib. Körpülərin uzunluğu 12 km-dir. Bu ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik".
Bizim.Media