"Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

Hazırda oxunan: "Qarabağ"ın hücumçusu DÇ-2022 üçün ilkin heyətdə yer ala bilər

99962

"Qarabağ"ın futbolçusu Kvabena Ovusu bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün Qana millisinin ilkin heyətinə salına bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Ghanaweb" nəşri iddia irəli sürüb.

Bildirilib ki, son olaraq 2019-cu ildə yığmanın formasını geyinmiş 25 yaşlı forvardın mundialda iştirakı isə real görünmür. Baş məşqçi Otto Addo turnir üçün öz hücumçularını müəyyənləşdirdiyindən Ovusunu siyahıya daxil etməyəcək.

Nəşr forvardın "köhlən atlar"ın heyətində 20 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldığını xatırladıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO