İspaniyanın Pontevedra şəhərindəki güləş üzrə U-23 dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək. Qurban Qurbanov (72 kq) eyni raundda Yanis Nifrini (Fransa) ilə qarşılaşacaq.
Bu gün həmçinin Nihad Quluzadə (55 kq) final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) üz-üzə gələcək. Ziya Babaşov (63 kq) üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, Sərxan Məmmədov (130 kq) isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:57 / 18.10.2022
Daha 2 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: Daha 2 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Hazırda oxunan: Daha 2 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
99847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.