İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında altıncı turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, turnirdə liderlik edən qadın şahmatçımız Gövhər Beydullayeva növbəti qələbəsini qazanaraq aktivinə 1 xal da əlavə edib.
Qadınların yarışında mübarizə aparan komandamızın daha bir üzvü - Ləman Hacıyeva da turu qələbə ilə başa vurub.
Kişilər arasında isə Məhəmməd Muradlı növbəti turda qələbə qazanıb, Abdulla Qədimbəylinin oyunu heç-heçə ilə başa çatıb. Ötən turların nəticəsinə görə, G.Beydullayeva 5,5 xalla birinci yerdədir. A.Qədimbəyli 4,5 xalla 5-ci, L.Hacıyeva 4 xalla 18-ci, M.Muradlı 3 xalla 67-ci pillədədir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.
Bizim.Media
![Şahmatçımız dünya çempionatında LİDERDİR Şahmatçımız dünya çempionatında LİDERDİR](https://bizim.media/file/articles/2022/10/17/1665950454_2.jpg)
- A-
- A
- A+
İdman
00:00 / 17.10.2022
Şahmatçımız dünya çempionatında LİDERDİR
Hazırda oxunan: Şahmatçımız dünya çempionatında LİDERDİR
Hazırda oxunan: Şahmatçımız dünya çempionatında LİDERDİR
99613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.